XƏBƏRLƏR
MƏLUMAT
“Rəngarəng dünyamız” adlı master-klass təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
07/03/2025 14:24

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 №-li kitabxana filialı Zirə Mədəniyyət Mərkəzində Novruz bayramına və baharın gəlişinə həsr olunmuş “Rəngarəng dünyamız” adlı master-klass təşkil edib.

Master-klass zamanı iştirakçılar müxtəlif fiqurları bəzəyərək özünəməxsus dizayn yaratmağı öyrəniblər.

Keçirilən master-klass bütün iştirakçıların diqqətini çəkərək çox böyük marağa səbəb olub.

Sonda hər bir iştirakçıya həvəsləndirici Sertifikatlar təqdim edilib.

Baxış sayı: 131