XƏBƏRLƏR
MƏLUMAT
Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdlərinin hesabat konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
28/06/2024 15:46

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında hesabat konserti keçirib.

26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş konsertdə, məktəbin Beynəlxalq müsabiqələr laureatları olan şagirdləri dirijor Mustafa bəy Mehmandarovun rəhbərliyi altında, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Azərbaycan və xarici bəstəkarların əsərlərini ifa ediblər.

Baxış sayı: 83