XƏBƏRLƏR
MƏLUMAT
Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
ÜMÜMİ XƏBƏRLƏR
27/02/2025 11:11

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdləri Polşada onlayn keçirilən “Star Bridge” XVIII Beynəlxalq İncəsənət müsabiqəsində iştirak ediblər.

Müsabiqənin əsas məqsədi istedadlı uşaqlara və gənclərə dəstək olmaq, müxtəlif ölkələrin mədəniyyətlərini təbliğ etmək, dövlətlər arasında mədəni və elmi əlaqələri inkişaf etdirməkdir.

Müsabiqədə 10-12 yaş kateqoriyasında, solo nominasiyada məktəbin şagirdləri tar ixtisası üzrə təhsil alan Tunar Məmmədov, fortepiano ixtisası üzrə təhsil alan İbrahim Şükür, violin ifaçılığı ixtisası üzrə təhsil alan Həmidə Heydərova və Mələk Axundzadə uğurla çıxış edərək, münsiflər heyətinin qərarı ilə II dərəcəli Laureat Diplomuna layiq görülüblər.

Baxış sayı: 273