XƏBƏRLƏR
MƏLUMAT
Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbində “Xocalıya qayıdış” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
26/02/2025 10:41

Fevralın 25-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbində “Xocalıya qayıdış” adlı tədbir keçirilib.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra qeyd olunub ki, Xocalı soyqırımı bizim qan yaddaşımızdır. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. 

Tədbirin bədii hissəsində məktəbin xor kolletivi, müəllim və şagirdləri çıxış ediblər.

Baxış sayı: 69