XƏBƏRLƏR
MƏLUMAT
Rafiq Babayev adına 25 nömrəli Uşaq Musiqi Məktəbi konsert keçirib
ÜMÜMİ XƏBƏRLƏR
31/05/2024 10:08

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Rafiq Babayev adına 25 nömrəli Uşaq Musiqi Məktəbi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində konsert keçirib.

Tədbirdə məktəblə muzey arasında davam edən uzunmüddətli əməkdaşlıqdan söhbət açılıb.

Sonra məktəbin buraxılış siniflərinin şagirdləri çıxış edərək, Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa ediblər.

Sonda konsertdə çıxış edən məzunlara muzey və məktəb tərəfindən Təşəkkürnamələr təqdim olunub. 

Baxış sayı: 312