XƏBƏRLƏR
MƏLUMAT
Rafiq Babayev adına 25 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti təqdim edilib
ÜMÜMİ XƏBƏRLƏR
27/05/2025 14:13

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Rafiq Babayev adına 25 nömrəli Onbirillik Musiqi Məktəbi Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında  hesabat konserti təqdim edib.

28 May – Müstəqillik Gününə həsr olunan konsertdə rəsmilər, mədəniyyət işçiləri və digər qonaqlar iştirak ediblər.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir görkəmli bəstəkar Rafiq Babayevin 1 saylı fortepiano prelüdü ilə açılıb.

Konsertdə məktəbin şagirdlərinin ifasında Frederik Şopenin “Vals”, Fazil Sayın “Ballada”, Həsən Rzayevin “Cahargah Rapsodiyası”, Dadaş Dadaşovun “Skerso”, Aqşin Əlizadənin “Romans” və digər Azərbaycan, xarici bəstəkarların əsərləri səsləndirilib.

Məktəbin şagird və müəllimlərindən ibarət xoru Teymur Cəbrayılovun rəhbərliyi ilə özünün müəllifi olduğu mahnıları ifa ediblər.

Konsertin sonunda məktəbin məzunu, Bəstəkarlar İttifaqının üzvü Sevinc Əliyeva-Qəmbərovanın “Azərbaycan bayrağı” əsəri məktəbin simfonik orkestrinin ifasında səsləndirilib və ona məktəb adından Təşəkkürnamə təqdim olunub.

 

Baxış sayı: 57