XƏBƏRLƏR
MƏLUMAT
Rafiq Babayev adına 25 nömrəli onbirillik musiqi məktəbi hesabat konserti keçirib
ÜMÜMİ XƏBƏRLƏR
28/05/2024 09:56

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Rafiq Babayev adına 25 nömrəli onbirillik musiqi məktəbində 28 May - Müstəqillik Gününə həsr olunmuş hesabat konserti keçirilib.

Tədbirdə rəsmilər, musiqi və incəsənət məktəblərinin direktorları, musiqisevərlər iştirak ediblər. 

İlk öncə Müstəqillik Gününün tarixi haqqında məlumat verilib və bayram münasibəti ilə təbriklər səslənib.

Konsertdə məktəbin şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini səsləndiriblər. 

Baxış sayı: 265