XƏBƏRLƏR
MƏLUMAT
R.Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin növbəti uğuru
ÜMÜMİ XƏBƏRLƏR
12/05/2023 06:50

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş ali, ümumtəhsil və orta ixtisas təhsil müəssisələri, musiqi məktəblərinin şagird və tələbələri arasında IV Respublika Müsabiqəsi keçirilib.

Müsabiqədə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi R.Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri uğurla iştirak edib.

Münsiflər heyətinin qərarı ilə musiqi məktəbinin Xalq Çalğı Alətləri şöbəsinin şagirdləri Həsən Hüseynov (tar) III yerə, Zərintac Qurbanzadə (kamança) III yerə layiq görülüblər.

Baxış sayı: 264