XƏBƏRLƏR
MƏLUMAT
R.Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbi konsert təqdim edib
ÜMÜMİ XƏBƏRLƏR
17/05/2023 06:52

Mayın 16-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin  R.Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xalq artisti, bəstəkar Rauf Hacıyevin doğum gününə həsr olunmuş konsert təqdim edib.

Tədbirdə qeyd olunub ki, görkəmli bəstəkarımız Rauf Hacıyevin musiqisi daim yaşayır və xalqımızın estetik baxımdan formalaşmasında, tamaşaçı və dinləyicilərin musiqi zövqünün inkişafında mühüm rol oynayır. Adını mədəniyyət tariximizə böyük hərflərlə yazdırmış fitri istedad sahibinin əsərləri hələ çox yüzilliklər insanların mənəvi dünyasının zənginləşməsinə, zövqünün formalaşmasına xidmət edəcək. Sonra bəstəkarın həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Konsert proqramında məktəbin müəllim və şagirdləri, xor kollektivi, skripkaçalanlar ansamblının ifalarında Azərbaycan və xarici bəstəkarların əsərləri səslənib.

Baxış sayı: 370