XƏBƏRLƏR
MƏLUMAT
R.Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbində “Musiqi dünyamız” adlı hesabat konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
19/06/2025 14:16

İyunun 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan R.Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbində “Musiqi dünyamız” adlı hesabat konserti keçirilib.

Konsert məktəbin xalq çalğı alətləri ansamblının müşayiəti ilə  kiçik xor kollektivinin ifasında R.Hacıyevin “Azərbaycanım” mahnısı ilə açıq elan edilib.

Ardınca xalq çalğı alətləri ansamblı “Qazaxı” xalq rəqsi ilə çıxış edib.

Konsertdə məktəbin şagirdləri,  müsabiqələr laureatları, violin ifaçıları, “Qloriya” kamera xoru Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini səsləndiriblər.

“Ulduzlar” vokal qrupunun ifasında L. Cəfərovanın  “Vətənin övladları” və “Qloriya” birləşmiş  xorunun ifasında “Always sing your song” mahnıları konsertdə alqışlarla qarşılanıb.

Konsert bəstəkar Aytən Əliyevanın “Vətən” mahnısı ilə sona çatıb.

Baxış sayı: 135