XƏBƏRLƏR
MƏLUMAT
R.Babayev adına 25 nömrəli 11 illik Musiqi Məktəbinin növbəti uğuru
ÜMÜMİ XƏBƏRLƏR
08/09/2025 11:00

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan R.Babayev adına 25 nömrəli 11 illik Musiqi Məktəbinin şagirdləri Özbəkistanın Daşkənd şəhərində keçirilən “Europian Stars” beynəlxalq onlayn müsabiqədə iştirak ediblər.

Müsabiqədə məktəbin xalq çalğı alətləri  şöbəsinin kamança ixtisası üzrə təhsil alan  şagirdi Zəhra Dəmirçiyeva II dərəcəli (Müəllim: İlahə Tağıyeva), qanun ixtisası üzrə təhsil alan şagirdi Xədicə Nurullazadə III dərəcəli (Müəllim: İradə Eyni) və orkestr alətləri şöbəsinin akkardeon ixtisası  üzrə təhsil alan  şagirdi Əkbər Əlizadə III dərəcəli (Müəllim: Tatyana Rassıpina) diplomla təltif olunublar.

Baxış sayı: 57