XƏBƏRLƏR
MƏLUMAT
R. Axundov adına Mədəniyyət Evində tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
06/05/2024 10:33

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan R. Axundov adına Mədəniyyət Evində Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə Naxçıvanın görkəmli şəxsiyyətləri xatırlanıb, qədim diyarın kulinariya nümunələri təqdim edilib.

Bədii hissədə “Sazçalanlar” ansamblı, 4 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri, “Leyla” rəqs ansamblı çıxış ediblər. Həmçinin musiqi nömrələri ifa olunub, şeirlər səsləndirilib.

Sonda mədəniyyət evi tərəfindən fəal iştirakçılar fəxri fərmanlarla təltif olunublar.

Baxış sayı: 122