XƏBƏRLƏR
MƏLUMAT
R.Axundov adına Mədəniyyət evində Gülarə Munislə görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
09/06/2023 06:28

İyunun 9-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin R.Axundov adına Mədəniyyət evində  AYB və AJB-nin üzvü Gülarə Munislə görüş keçirilib.

Görüş zamanı şagirdlərə şairə Gülarə Munisin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib.

Sonra 206 və 234 nömrəli tam orta məktəblərin şagirdləri şeirlərlə, səhnəciklərlə çıxış ediblər.

Sonda Gülarə Munis çıxış edərək şeirlərini oxuyub, məktəblilərin suallarını cavablandırıb.

Baxış sayı: 307