XƏBƏRLƏR
MƏLUMAT
R.Axundov adına Mədəniyyət evində “Heydər Əliyev və Türk dünyası” adlı beynəlxalq tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
08/05/2023 07:24

Mayın 7-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin R.Axundov adına Mədəniyyət evində “Heydər Əliyev və Türk dünyası” adlı beynəlxalq tədbir keçirilib.

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə türkdilli dövlətlərin səfirliklərinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir zamanı türk xalqlarının mədəniyyətindən,  mehriban dostluq əlaqələrindən bəhs edilib.

Bədii hissədə gənc xanəndə Şirəli Məmmədov, qazaxıstanlı opera müğənnisi Akberen Atabay, xor və rəqs kollektivləri çıxış ediblər.

Sonda çıxış edən qonaqlar Mədəniyyət evi tərəfindən Fəxri Fərmanla təltif olunublar.

Baxış sayı: 259