XƏBƏRLƏR
MƏLUMAT
“Qürurun əbədi yüksəlişi”adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
04/11/2024 15:28

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyndə olan H.Abbasov adına Mədəniyyət Mərkəzi və 187 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə 8 Noyabr-Zəfər Gününə həsr olunmuş “Qürurun əbədi yüksəlişi” adlı tədbir keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə rəsmilər, Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova, şəhid ailələrinin üzvləri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri, mədəniyyət işçiləri və qəsəbə sakinləri iştirak ediblər.

Çıxışlarda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən danışılıb, Zəfər Gününün tariximizin qızıl səhifələrindən olduğu vurğulanıb.

Sonra məktəb şagirdlərinin ifasında Zəfər Gününə həsr olunan kompozisiya təqdim edilib.

Tədbir məktəbin xor kollektivinin ifası ilə yekunlaşıb.

Baxış sayı: 201