XƏBƏRLƏR
MƏLUMAT
“Qurtuluşdan başlanan tərəqqi yolu” adlı sərgi-tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
20/06/2024 14:10

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində 15 İyun-Milli Qurtuluş Gününə həsr olunan “Qurtuluşdan başlanan tərəqqi yolu” adlı sərgi-tədbir keçirilib.

Öncə qonaqlar Mərkəzin muzey bölməsində Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq xatirəsini yad ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himinin səsləndirilməsi ilə başlanıb.

Tədbirdə Mərkəzin əməkdaşı, gənc rəssam Vəfa Sadıqovanın əl işlərindən ibarət fərdi sərgisi nümayiş olunub.

Mərkəzin əməkdaşı sərgi haqqında ətraflı məlumat verdikdən sonra, qonaqlar  nümayiş olunan sərgi ilə tanış olublar.

Tədbirdə çıxış edənlər  15 iyun -Milli Qurtuluş Gününün ictimai, siyasi və tarixi əhəmiyyətindən bəhs ediblər.

Bədii hissədə V.Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri rəqs nümunələri ilə çıxış ediblər. Azərbaycan Dövlət Filormaniyasının xor artisti, beynəlxalq müsabiqələr laureatı Elyar Əliyev “Azərbaycan” mahnısını səsləndirib.

Baxış sayı: 250