XƏBƏRLƏR
MƏLUMAT
Qurban bayramına həsr olunmuş konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
12/06/2024 17:54

İyunun 12-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Şağan qəsəbə Mədəniyyət Mərkəzində  “Səma” rəqs ansamblının Qurban bayramına həsr olunmuş hesabat konserti keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib .

Daha sonra “Səma” rəqs ansamblının il ərzində qazandığı nailiyyətlərdən danışılıb.

Konsert proqramında rəqs ansamblının ifasında “Zəfər”, “Azərbaycan süitası”, “Vətən”, “Şən klounlar”, “Rok- n roll” və digər Azərbaycan və dünya xalqlarının rəqsləri də nümayiş olunub.

Baxış sayı: 406