XƏBƏRLƏR
MƏLUMAT
Quba Soyqırımı Memorial Kompleksinə ekskursiya təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
30/07/2025 11:07

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşlarının  Quba Soyqırımı Memorial Kompleksinə ekskursiyası  təşkil edilib.

Ekskursiya zamanı kompleksin mütəxəssisləri tərəfindən kitabxana əməkdaşlarına 1918-ci ildə baş verən hadisələr barədə ətraflı məlumat verilib, sənədlər və faktlarla tanışlıq imkanı yaradılıb.

Bildirilib ki, 19 bölmədən ibarət muzey ekspozisiyası Azərbaycan, rus və ingilis dillərində təqdim olunur. Ekspozisiya 1918-ci il hadisələri ərəfəsində dinc Quba həyatını əks etdirən fotoşəkillərlə başlayır. Burada qədim Quba həyatını, dinc yanaşı yaşayan azərbaycanlı, ləzgi, yəhudi və digər xalqların nümayəndələrini, müxtəlif sosial təbəqələrə aid insanları əks etdirən şəkillər sərgilənir.

Baxış sayı: 67