XƏBƏRLƏR
MƏLUMAT
“Qonağımız var” layihəsi davam edir
ÜMÜMİ XƏBƏRLƏR
06/09/2024 10:58

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xətai rayon Heydər Əliyev parkında “Qonağımız var” layihəsi çərçivəsində müğənni Tural Qismət və "Qismət" qrupu ilə görüş keçirilib.

Görüşdə şəhid ailələrinin üzvləri, rayon ağsaqqalları, Heydər Əliyev adına Hərbi İnstitutun kursantları, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər.

Konsertdə sənətçinin ifaları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Baxış sayı: 110