XƏBƏRLƏR
MƏLUMAT
"Qonağımız var" layihəsi çərçivəsində Xalq yazıçısı Kamal Abdulla ilə görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
24/04/2025 19:24

Aprelin 24-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində "Qonağımız var " layihəsi çərçivəsində Xalq yazıçısı, professor, Əməkdar elm xadimi Kamal Abdulla ilə görüş keçirilib.

Tədbirdə rəsmilər, mədəniyyət işçiləri, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Çıxışçılar Kamal Abdullanın zəngin elmi və ədəbi yaradıcılığından, onun yazıçı, publisist, dilçi alim, ədəbiyyatşünas, tərcüməçi kimi fəaliyyətindən söz açıblar. Qeyd ediblər ki, Kamal Abdullanın fəaliyyəti həm ölkəmizdə həm də xaricdə yüksək qiymətləndirilərək çox sayda mükafatlara layiq görülüb.

Daha sonra Kamal Abdullanın “Sehrbazlar dərəsi” əsəri əsasında hazırlanan eyniadlı tamaşadan fraqment təqdim edilib. Tamaşa həqiqətə çatmağa can atan insanın faciəli aqibəti haqqındadır.

Kamal Abdulla çıxışında elmi və ədəbi fəaliyyətinin əsas istiqamətlərindən danışıb, müxtəlif janrlarda qələmə aldığı bədii əsərləri haqqında məlumat verib, iştirakçıların suallarını cavablandırıb.

 

Baxış sayı: 29