XƏBƏRLƏR
MƏLUMAT
“Qoğalın sərgüzəştləri” adlı nağıl-tamaşa nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
04/07/2025 10:39

İyulun 3-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mərdəkan Mədəniyyət Sarayının və  Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının birgə təşkilatçılığı ilə mədəni-maarifləndirici tədbirlər çərçivəsində “Qoğalın sərgüzəştləri” adlı birhissəli nağıl-tamaşa nümayiş olunub.

Pərvin Nurəliyevanın səhnələşdirdiyi “Qoğalın sərgüzəştləri” adlı tamaşada qoğalın başına gələn maraqlı əhvalatlardan bəhs edilir.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Məryəm Əlibəylidir.

Tamaşada  əsas rolları Anar Seyfullayev, Ramil Məmmədov, Zülfiyyə Alhüseynova, Müşfiq Əliyev, Tahir İsmayılov, Günel Məmmədova, Asya Atakişiyeva canlandırıb.

Tamaşa həm məzmunu, həm də estetik tərtibatı ilə uşaqlar və valideynlər tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Mərdəkan Mədəniyyət Sarayı bu kimi tədbirləri gələcəkdə də davam etdirməyi planlaşdırır.

Baxış sayı: 113