XƏBƏRLƏR
MƏLUMAT
Qocalar evində Ramazan bayramı qeyd olunub
ÜMÜMİ XƏBƏRLƏR
16/03/2026 15:20

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Ramazan bayramı ilə əlaqədar Bilgəh qəsəbəsindəki Qocalar evində tədbir keçirilib.

Əvvəlcə bayram münasibətilə təbriklər səslənib.Daha sonra konsert proqramı təqdim edilib.

Bayram süfrəsi ətrafına toplaşan müəssisə sakinləri müğənnilərin ifa etdiyi mahnıların sədaları altında rəqs ediblər. Həmçinin M.Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evinin xalq teatrının təqdim etdiyi səhnələr tamaşaçılara bol sevinc bəxş edib.

Bayram əhval-ruhiyyəsi müəssisə sakinlərində böyük ruh yüksəkliyi yaradıb.

Baxış sayı: 21