XƏBƏRLƏR
MƏLUMAT
Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
05/05/2023 08:07

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində 9 May-Qələbə Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

Dəyirmi masada faşizm üzərində tarixi qələbə haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, tədbirin əsas məqsədi gənc nəslin vətənpərvər ruhda tərbiyəsinə diqqətin daha da artırılmasıdır. Eyni zamanda, İkinci Dünya müharibəsində şücaət göstərən qəhrəmanlarımızın gənc nəslə tanıdılması, qələbənin qazanılmasında ölkəmizin əvəzsiz rolunun nümayiş olunması, istedadlı gənclərin üzə çıxarılmasından ibarət olub.

Həmçinin tədbirdə görkəmli rejissor Şamil Mahmudbəyovun quruluş verdiyi, kino salnaməmizin uğurlu nümunələrindən biri olan “Şərikli çörək” (1969) filmindən bəhs edilib və nümayişi keçirilib.

Baxış sayı: 474