XƏBƏRLƏR
MƏLUMAT
"Qış nağılı" adlı yeni il şənliyi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
26/12/2025 10:00

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında uşaqların bayram sevinclərini artırmaq, onları əyləndirmək məqsədi ilə  "Qış nağılı" adlı yeni il şənliyi keçirilib.

Azyaşlı uşaqların iştirak etdiyi şənlikdə rəqslər təqdim edilib, şeirlər səsləndirilib, oyunlar təşkil olunub. Sevimli nağıl personajları, Şaxta baba, Qar qız və küpəgirən qarının şənlikdə iştirakı uşaqlar tərəfindən maraqla qarşılanıb.

Bayram tədbirində uşaqlar Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni İl münasibəti ilə təbrik edilib, onlara ən xoş arzular çatdırılıb.

Sonda uşaqlara hədiyyələr təqdim olunub.

Baxış sayı: 823