XƏBƏRLƏR
MƏLUMAT
Qətərdə Azərbaycan Mədəniyyət Günləri başa çatıb
ÜMÜMİ XƏBƏRLƏR
27/02/2024 09:54

Mədəniyyət günləri çərçivəsində Dövlət Rəqs Ansamblı Doha şəhərinin sakinləri qarşısında çıxışlar ediblər. Konsert proqramı çərçivəsində tamaşaçılara "Qazağı", "Toy rəqsi", "Sarı gəlin" və bir çox başqa xalq rəqsləri təqdim olunub.

Xalq artisti, Dövlət rəqs ansamblının bədii rəhbəri Rüfət Xəlilzadə baş tutan konsertlə bağlı təəsüraarını saytımızla bölüşüb. O bildirib ki, təqdim olunan rəqslər Doha tamaşaçılarında xoş təəssüratlar yaradıb:

"Çox sevindirici bir haldır ki, biz Azərbaycan mədəniyyətinin ən tanınmış, ən görkəmli, ən istedadlı ansambl və qrupları ilə birlikdə ölkəmizi Qətərdə təmsil etmək çox qürurverici haldır. Hər birimiz əlimizdən gələni ən yüksək səviyyədə etməyə çalışdıq.

Biz çalışdıq ki, musiqimiz, rəqslərimiz, mədəniyyətimiz, Doha tamaşaçılarının yaddaşında qalsın. Milli rəqsimiz bizim mədəniyyətimizi, adət-ənənələrimizi özündə əks etdirir. Burada mədəniyyət günlərinin keçirilməsinə başlanılan gündən etibarən rəqslərimizlə mədəniyyətimizi tamaşaçılara ötürməyə çalışdıq. Bizim proqramımız çox geniş idi. Lakin ən seçilmiş rəqsləri bir saat ərzində təqdim etdik. Bizim uşaqların hər biri bir əsgər kimi səhnədə mədəniyyətimizin keşiyində durdu".

Qeyd edək ki, Qətərdə Azərbaycan Mədəniyyət Günləri fevral ayının 21-24-ü tarixlərində baş tutub.

Baxış sayı: 190