XƏBƏRLƏR
MƏLUMAT
“Qəlbimizdə yaşayanlar!” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
25/09/2025 14:55

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nəriman Nərimanovun xatirə muzeyində 27 Sentyabr-Anım Günü ilə bağlı “Qəlbimizdə yaşayanlar!” adlı tədbir keçirilib.

Tədbirdə mədəniyyət işçiləri, N.Nərimanov adına 128 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra videoçarx nümayiş etdirilib. Şagirdlərin 44 günlük müharibə haqqında fikirləri dinlənilib, ifalarında şeirlər səsləndirilib.

Sonda tədbir iştirakçıları N.Nərimanovun həyat və fəaliyyətini əks etdirən muzey ekspozisiya və sərgi ilə tanış olublar. Onlara N.Nərimanovun  “Ucqarlarda inqilabımızın tarixinə  dair”, “Tibb və İslam”, “Hacı Zeynalabdin Tağıyevin 50 illiyi. “Məişətə və cəmaətə xidmətləri” kitabları hədiyyə edilib.

Baxış sayı: 38