XƏBƏRLƏR
MƏLUMAT
“Qəhrəmanlar unudulmur” adlı dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
07/02/2025 16:19

Fevralın 7-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum gününə həsr edilmiş “Qəhrəmanlar unudulmur” adlı dəyirmi masa keçirilib.

Tədbirdə 52 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Qonaqlar öncə Mərkəzin ekspozisiya zalları ilə tanış olublar. Burada onlara Ulu Öndərin həyatının və ictimai – siyasi fəaliyyətinin müxtəlif dövrlərini, zəngin və çoxşaxəli siyasi irsini əks etdirən eksponatlar, fotoşəkillər haqqında ətraflı məlumat verilib.

Daha sonra  Azərbaycan Ordusunun fədakar hərbi qulluqçusu Mübariz İbrahimovun həyat və döyüş yolu haqqında məlumat verilib. Bildirilib ki, qəlbində Vətən sevgisi, doğma yurda sonsuz məhəbbət olan Milli Qəhrəmanımızın həyat yolu müasir gənclər üçün bir örnəkdir.  Mübariz İbrahimov həm ölkəmizdə, həm də ölkəmizin hüdudlarından kənarda qəhrəmanlıq, şücaət rəmzinə çevirilib.

Sonra məktəblilərin ifasında Mübariz İbrahimova həsr olunmuş mahnılar və şeirlər təqdim olunub.

Baxış sayı: 110