XƏBƏRLƏR
MƏLUMAT
"Qədim türk diyarı Naxçıvan" adlı məlumat saatı keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
28/12/2024 11:18

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası 149 nömrəli tam orta məktəblə birlikdə Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi ilə bağlı "Qədim türk diyarı Naxçıvan" adlı məlumat saatı keçirib.

Tədbirdə qədim, zəngin,çoxəsrlik tarixə, mədəniyyətə, dövlətçilik ənənələrinə malik və “Şərqin qapısı” adlandırılan  Naxçıvanın keçdiyi mürəkkəb və çətin, eyni zamanda, şərəfli tarixi inkişaf yolundan bəhs edilib.

Sonra tədbir disskusiya şəklində davam edib.

Baxış sayı: 318