XƏBƏRLƏR
MƏLUMAT
“Qədim diyar” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
18/04/2025 15:23

Aprelin 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr edilmiş “Qədim diyar” adlı tədbir keçirilib.

Tədbirdə YAP Suraxanı rayon təşkilatının nümayəndələri 97, 84,79, 281, 232, 172 nömrəli tam orta məktəblərin müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.

Daha sonra Azərbaycanın tarixi abidələrinə həsr olunan videoçarx nümayiş olunub.

Çıxış edənlər qeyd ediblər ki, bu əlamətdar gün UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Əsas məqsəd insanların diqqətini tarixi abidələrin qorunmasına yönəltməkdir. Azərbaycan qədim tarixə malik bir ölkə olduğundan burada çoxsaylı abidələr və tarixi məkanlar mövcuddur. Azərbaycanın tarixi abidələrindən bir çoxu UNESCO-nun mədəni irs siyahısına salınıb.

Tədbir diskussiya şəklində davam edib, məktəblilər ziyarət etdikləri tarixi yerlərin onlarda necə təəssürat yaratdığı haqqında danışıblar.

Sonda iştirakçılar Mərkəzin foyesində təşkil olunan Suraxanı rayon Heydər Əliyev Mərkəzinin bərpaçı rəssamı Aynur Novruzovanın və məktəblilərin tarixi abidələrlə bağlı çəkdikləri rəsm əsərləri ilə tanış olublar.

Baxış sayı: 70