XƏBƏRLƏR
MƏLUMAT
Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək
ÜMÜMİ XƏBƏRLƏR
05/09/2024 14:14

Sentyabrın 23-də Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova sentyabrın 5-də Beqijon Ahmedovun “Dərviş” kitabının təqdimatında bildirib.

Fondun prezidenti deyib: “Sentyabrın 23-də Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. Tədbirin təşkilində əsas məqsəd türk xalqlarının mədəniyyətlərini birləşdirməkdən ibarətdir”.

Baxış sayı: 101