XƏBƏRLƏR
MƏLUMAT
Qazaxıstan Milli Muzeyinin nümayəndə heyəti Elmi Bərpa Mərkəzində olub
ÜMÜMİ XƏBƏRLƏR
04/07/2024 15:53

Qazaxıstan Milli Muzeyinin Bərpa və Konservasiya xidmətinin rəhbəri Gülsarə Mukaşeva və gənc bərpaçılardan ibarət nümayəndə heyəti Elmi Bərpa Mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, heyət Mərkəzin fəaliyyəti ilə yaxından tanış olub, bərpaçı-rəssamlar ilə geniş təcrübə mübadiləsi apararaq bərpaçılıq sahəsində tətbiq edilən yeniliklər haqqında peşə təcrübəsi keçiblər.

Qonaqlara muzey əşyalarının, xüsusən də tekstil nümunələrinin konservasiyası və bərpasında istifadə olunan materiallar, yeni üsullara dair məlumat verilərək master-klas göstəriblər.

Baxış sayı: 181