XƏBƏRLƏR
MƏLUMAT
“Qayğıkeş ana-Zərifə Əliyeva” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
29/04/2025 11:10

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında tibb elmlər doktoru, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 102-ci ildönümü ilə əlaqədar "Qayğıkeş ana-Zərifə Əliyeva" adlı tədbir keçirilib.

Tədbirdə Nizami rayon 1 nömrəli idman liseyinin müəllim və şagird kollektivi və fəal oxucular iştirak ediblər.

İlk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər barədə məlumat veriblər.

Sonra məktəbin şagirdləri Z.Əliyevaya həsr olumuş müxtəlif şeirlər səsləndiriblər.

Sonda sərgiyə baxış keçirilib.

Baxış sayı: 24