XƏBƏRLƏR
MƏLUMAT
"Qaranlıqdan işığa" adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
12/02/2025 12:07

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan İbrahim Əbilov adına Mədəniyyət Mərkəzi və Cəlil Məmmədquluzadənin ev-muzeyinin birgə təşkilatçılığı ilə "Dahi ədiblər" silsiləsindən görkəmli yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin anadan olmasının 156 illiyinə həsr olunan "Qaranlıqdan işığa" adlı tədbir keçirilib.

Tədbirdə ziyalılar, mədəniyyət işçiləri və digər qonaqlar iştirak ediblər.

İlk olaraq görkəmli dramaturqun həyat və yaradıcılığını əks etdirən film nümayiş olunub.

Çıxış edənlər nasirin Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynadığını və bütöv bir ədəbi məktəb formalaşdıran qüdrətli şəxsiyyət olduğunu qeyd ediblər. Ana dilinin saflığı uğrunda daim mübarizə aparmış Cəlil Məmmədquluzadənin meydana gətirdiyi qiymətli dram və nəsr əsərlərinin parlaq publisistika, dərin humanist məzmuna malik olduğunu, özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva etdiyini vurğulayıblar.

Daha sonra Cəlil Məmmədquluzadənin "Ölülər" pyesinin qəhrəmanı Kefli İsgəndərin monoloqu təqdim edilib və yazıçıya həsr olunan şeir səsləndirilib.

Sonda ədibin əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

Baxış sayı: 125