XƏBƏRLƏR
MƏLUMAT
"Qaranlıqdan işığa" adlı tamaşa nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
08/02/2023 02:37

Fevralın 7-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Zığ qəsəbə Mədəniyyət evində "Səhnə" teatrının təqdimatında "Qaranlıqdan işığa" adlı tamaşa nümayiş olunub.

Tamaşada, narkotikə aludə olmuş bir gəncin keçirdiyi iztirablardan, yaşadığı əzablı həyat tərzindən, ailəsinə gətirdiyi faciələrdən və düçar olduğu qaranlığın içindən işığa doğru  necə çıxdığından bəhs edilir.

Tamaşanın əsas məqsədi bütün insanları bəşəriyyətin ən böyük problemlərindən biri olan narkomaniyaya qarşı mübarizəyə çağırmaqdır.

Qeyd edək ki, tamaşanın müəllifi Pakizə Hüseynova, quruluşçu rejissoru Mirzə Ağa Mirzəyevdir.

Baxış sayı: 244