XƏBƏRLƏR
MƏLUMAT
Qaradağ rayon MKS-nin 4 nömrəli kitabxana filialı tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
07/03/2024 14:20

Martın 6-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 nömrəli kitabxana filialı 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar tədbir təşkil edib.

Tədbirdə çıxış edənlər bayram münasibətilə bütün xanımları təbrik ediblər. Sonra bildirilib ki, daim öz parlaq zəkası, geniş dünyagörüşü, intellekti, müdrikliyi ilə seçilən Azərbaycan qadınları hər zaman olduğu kimi, bu gün də cəmiyyətimizin aparıcı qüvvəsini təşkil edirlər.

Sonda 180 nömrəli tam orta məktəbin şagirdləri şeirlər söyləyiblər və mövzu ilə əlaqədar hazırlanmış kitab sərgisinə baxış keçirilib.

Baxış sayı: 151