XƏBƏRLƏR
MƏLUMAT
Qaradağ rayon Heydər Əliyev Mərkəzinin növbəti xarici qonağı
ÜMÜMİ XƏBƏRLƏR
03/06/2025 12:05

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzinin qonağı Qazaxıstan Biznes, Cəmiyyət və Hökumətlə Əlaqələr Assosiasiyası İctimai Birliyinin prezidenti Aycan Uteuova olub.

Ziyarət zamanı Mərkəzin bələdçisi qonağı Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və çoxşaxəli siyasi fəaliyyətini əks etdirən ekspozisiya ilə ətraflı tanış edib.

Foto və sənədlər Aycan Uteuovada böyük maraq və dərin təəssürat doğurub. O, Azərbaycanın bugünkü sabitliyi və dinamik inkişafının məhz Ümummilli Liderin qurduğu möhkəm ideoloji-siyasi təməllər üzərində inşa olunduğunu vurğulayıb. Qonaq, Heydər Əliyev şəxsiyyətinin təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün böyük örnək olduğunu qeyd edərək, onun irsinin gələcək nəsillər üçün əvəzsiz dəyər daşıdığını bildirib.

Baxış sayı: 43