XƏBƏRLƏR
MƏLUMAT
Qaradağ rayon Heydər Əliyev Mərkəzində "Tariximizin qanla yazılan səhifələri" adlı mühazirə keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
01/04/2024 14:10

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzində 31 mart - Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar "Tariximizin qanla yazılan səhifələri" adlı mühazirə keçirilib. 

Mühazirədə bildirilib ki, 1918-ci ilin mart soyqırımı öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. 31 mart soyqırımı zamanı Bakı, Quba, Şamaxı və digər rayonlarda qırğınlar törədilib, yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə azərbaycanlı böyük qəddarlıqla qətlə yetirilib. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixində imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında ilk dəfə olaraq bu hadisələrə siyasi və hüquqi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalması faktları bütün dünyaya bəyan edilib.

Baxış sayı: 288