XƏBƏRLƏR
MƏLUMAT
Qaradağ rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
18/04/2025 15:11

Aprelin 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzində Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə 139, 166, 288 nömrəli tam orta məktəblərin müəllim və şagird kollektivi iştirak ediblər.

Mərkəzin əməkdaşı “Mədəniyyətimizin aynası – abidələrimiz” adlı mühazirə ilə çıxış edib və Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününəhəsr olunmuş videoçarx nümayiş olunub.

Bildirilib ki, Azərbaycan qədim sivilizasiya beşiyi kimi zəngin və rəngarəng mədəni irsə malikdir. Azərbaycanın mədəni irsinin qorunması istiqamətində həyata keçirilən dövlət siyasətinin təməlində Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri dayanır. Onun təşəbbüsü ilə Qobustan qayaüstü təsvirləri, İçərişəhər, Şirvanşahlar Sarayı kimi bir çox memarlıq və arxeoloji abidələr dövlət qorumasına alınıb, bərpa olunub.

Baxış sayı: 53