XƏBƏRLƏR
MƏLUMAT
Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Sağlam həyat – sağlam gələcək” adlı maarifləndirici tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
29/01/2024 09:55

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzinin və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə “Sağlam həyat – sağlam gələcək” adlı maarifləndirici tədbir keçirilib.

İlk öncə mərkəzin əməkdaşı tədbir iştirakçılarını Müstəqil Azərbaycanın memarı olan Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin siyasi irsini əks etdirən ekspozisiyalarla tanış edib.

Tədbirdə çıxış edənlər ölkəmizdə sağlam həyat tərzinin təbliği istiqamətində mühüm addımlar atıldığını bildiriblər. Sağlam həyat tərzi, zərərli vərdişlərdən qorunmağın yolları, idmanla məşğul olmağın, düzgün qidalanmanın sağlamlığa müsbət təsirləri  barədə iştirakçılara ətraflı məlumat verilib.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Baxış sayı: 180