XƏBƏRLƏR
MƏLUMAT
Qaradağ rayon Heydər Əliyev Mərkəzində rəsm sərgisi təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
03/05/2023 04:29

Mayın 1-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Rəssamlar İttifaqının üzvü Nərmin Hümbətovanın tələbələri,197 nömrəli tam orta məktəbin şagirdlərinin rəsm sərgisi təşkil olunub.

Mərkəzin əməkdaşları tərəfindən məktəblilərə Ulu öndər Heydər Əliyevin həyatı və zəngin dövlətçilik fəaliyyəti barədə ətraflı məlumat verilib.

Sərgidə təbiətdən bəhs edən rəsmlər, milli və müasir üslubda işlənmiş əsərlər, portretlər, dekorativ kompozisiyalardan ibarət rəsm işləri nümayiş olunub. Əsərlər rəngkarlıq və qrafika janrlarında işlənilib.

Sərgidə iştirak edən şagirdlər Diplomla təltif olunublar.

Baxış sayı: 235