XƏBƏRLƏR
MƏLUMAT
Qaradağ rayon Heydər Əliyev Mərkəzində Milli Mətbuat və Jurnalistika Günü ilə bağlı dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
24/07/2023 02:35

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon Heydər Əliyev Mərkəzində Milli Mətbuat və Jurnalistika Günü ilə bağlı dəyirmi masa keçirilib.

Tədbir zamanı qeyd olunub ki, 148 il əvvəl böyük maarifçi-publisist, ictimai xadim Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin nəşrə başlaması ilə Azərbaycan Milli Mətbuatının əsası qoyulub. Bu mətbuat orqanının əsas hədəfi xalqı maarifləndirmək, cəhalətə, haqsızlığa qarşı mübarizə aparmaq olub.

Ulu Öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixində imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” senzuranın ləğvi ilə Azərbaycan mətbuatının inkişafında yeni dövrün başlanğıcı qoyulub.

Tədbirin sonunda Kütləvi İnformasiya Vasitələri əməkdaşlarına Fəxri Fərmanlar təqdim olunub.

Baxış sayı: 168