XƏBƏRLƏR
MƏLUMAT
Qaradağ rayon Heydər Əliyev Mərkəzində foto və kitab sərgisi açılıb
ÜMÜMİ XƏBƏRLƏR
16/07/2025 16:46

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuş Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişinin tarixi əhəmiyyətinə həsr edilmiş foto və kitab sərgisi açılıb.

Sərgidə dahi liderin zəngin və mənalı həyat yolunu, siyasi fəaliyyətini, ölkəmizin inkişafı naminə gördüyü misilsiz xidmətləri əks etdirən kitablar və Ulu Öndərin mədəniyyət sahəsindəki xidmətlərini əks etdirən fotolar nümayiş olunub.

Sərgiyə Qaradağ Rayon İcra Hakimiyyətinin əməkdaşları və rayon ziyalıları baxış keçiriblər.

Sonda qonaqlar Ümummilli Liderin həyat və siyasi fəaliyyətinin əks olunduğu ekspozisiya zalı ilə tanış olublar.

Baxış sayı: 29