XƏBƏRLƏR
MƏLUMAT
Qaradağ rayon Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
29/04/2025 16:52

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzində akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunan “Görkəmli elm xadimi, fədakar insan - akademik Zərifə xanım Əliyeva" mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə rəsmilər, ziyalılar, rayon ərazisində fəaliyyət göstərən səhiyyə müəsisəslərinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, Zərifə xanım Əliyevanın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Çıxışçılar bildiriblər ki, Zərifə xanım oftalmalogiya elminin inkişafına dəyərli töhfələr verib, bu sahə üzrə yüksək ixtisaslı kadrların yetişdirilməsinə böyük əmək sərf edib.

Sonra Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr olunan videoçarx nümayiş olunub.

 

Baxış sayı: 10