XƏBƏRLƏR
MƏLUMAT
Qaradağ rayon Heydər Əliyev Mərkəzində 17 noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
20/11/2023 11:16

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Qaradağ rayon Heydər Əliyev Mərkəzində Qaradağ rayon İcra Hakimiyyəti və YAP Qaradağ rayon təşkilatının birgə təşkilatçılığı ilə 17 noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

İlk öncə qonaqlar “Ümummilli lider Heydər Əliyev və Azərbaycan Mədəniyyəti 100” adlı sərgiyə baxış keçiriblər.

Tədbirdə çıxış edənlər 17 Noyabr - Milli Dirçəliş Gününün tarixindən danışıblar. Xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr – Milli Dirçəliş Gününün Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynadığını vurğulayıblar. Mənəvi əsaslarını və başlanğıcını 1960-cı illərindən götürən bu tarixin sonralar Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter aldığını, müstəqil Azərbaycanın müasir inkişaf yoluna qədəm qoyduğunu qeyd ediblər.

Baxış sayı: 201