XƏBƏRLƏR
MƏLUMAT
Qaradağ rayon Heydər Əliyev Mərkəzinə "Heydər Əliyev İli" çərçivəsində ekskursiyalar davam edir
ÜMÜMİ XƏBƏRLƏR
18/05/2023 01:28

Mayın 17-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon Heydər Əliyev Mərkəzinə 139 nömrəli tam  orta məktəbin şagirdlərinin ekskursiyası təşkil edilib. Ekskursiya zamanı Mərkəzin əməkdaşı Müstəqil Azərbaycanın memarı olan Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin siyasi irsini əks etdirən ekspozisiyalarla məktəbliləri tanış edib. Sonra Ulu Öndər  Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş olunub.

Həmçinin ekskursiya zamanı  "Heydər Əliyev və muzeylərimiz" mövzusunda mühazirə dinlənilib.

Heydər Əliyev Azərbaycana rəhbərliyi dövründə mədəniyyət və incəsənətə xüsusi diqqət və qayğı göstərib. Dahi rəhbər həmişə bu sahədə çalışanlara dayaq olub, mədəniyyət, o cümlədən, muzey işçilərinin fəaliyyətini yüksək dəyərləndirib: “Məhz onun rəhbərliyi dövründə respublikamızda muzey işində yeni mərhələnin əsası qoyulub. Azərbaycanın bir çox incəsənət xadimlərinin xatirə muzeyləri yaradılıb.” 

Sonda məktəblilər "O olmasın, bu olsun" filmini izləyiblər.

Baxış sayı: 310