XƏBƏRLƏR
MƏLUMAT
Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiyalar davam edir
ÜMÜMİ XƏBƏRLƏR
14/07/2025 16:20

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzinə Lökbatan qəsəbəsinin sakinləri, “Çiçək” bağçasının balaca fidanları, N saylı Hərbi Hissənin əsgər və zabit heyyətinin ekskursiyası təşkil edilib.

Ekskursiya zamanı ziyarətçilər Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişinin tarixi əhəmiyyətinə həsr olunmuş foto və kitab sərgisinə baxış keçiriblər.

Daha sonra ekskursiya iştirakçıları Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətinin əks olunduğu ekspozisiya zalı ilə tanış olublar.

Sonda “Çiçək” bağçasının balaca fidanları üçün cizgi filmi nümayiş olunub.

Baxış sayı: 42