XƏBƏRLƏR
MƏLUMAT
Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
12/05/2025 10:51

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzinə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar “N” saylı hərbi hissənin zabit heyətinin, 106, 166, 139, 233 nömrəli tam orta məktəblərin ekskursiyası təşkil olunub.

Ekskursiya zamanı Azərbaycan cəmiyyətinin yenidən qurulması sahəsində geniş miqyaslı işlər həyata keçirmiş böyük tarixi şəxsiyyət, Ümummilli lider Heydər Əliyevin vətən və xalq qarşısında misilsiz xidmətlərindən bəhs olunub.

Baxış sayı: 79