XƏBƏRLƏR
MƏLUMAT
Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
08/07/2025 09:42

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzinə “Çiçək” uşaq bağçasının balaca fidanlarının və Ümid qəsəbəsinin sakinlərinin ekskursiyası təşkil edilib.  

Ekskursiya zamanı Ulu Öndər Heydər Əliyevin  çoxşaxəli siyasi fəaliyyətini əks etdirən ekspozisiya haqqında ətraflı məlumat verilib.

Sonda uşaqlar üçün cizgi film nümayiş olunub.

Baxış sayı: 59