XƏBƏRLƏR
MƏLUMAT
“Qarabağ -Zəfər tariximiz” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
30/10/2025 16:43

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası  "Qarabağ-Zəfər tariximiz" adlı tədbir keçirib.

Tədbirdə elm adamları, şəhid ailələri, qazilər, Qarabağ müharibəsi əlilləri, 1 nömrəli idman liseyin müəllim və şagird kollektivi, 109 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Vətən uğrunda canından keçən şəhidlərin qəhrəmanlıqları haqqında məlumat verilib.

Çıxışlarda qeyd olunub ki, Vətən müharibəsində qazanılan şanlı Qələbə zəngin tariximizin ən parlaq səhifəsi, indiki və gələcək nəsillərin hər zaman fəxr edəcəyi və iftixar duyacağı qəhrəmanlıq salnaməmizdir.

Bədii hissədə Zəfər Gününə həsr olunmuş şeirlər səsləndirilib.

Baxış sayı: 28