XƏBƏRLƏR
MƏLUMAT
“Qarabağ naxışları” Bakıdakı Rus evini bəzəyib
ÜMÜMİ XƏBƏRLƏR
26/09/2024 16:29

Bakıdakı Rus evində Eldar Hacıyevin “Qarabağ naxışları” adlı sərgisi açılıb.

Sərginin eksponatlarına rəssamın eskizləri üzrə toxunmuş xalçalar, Nizaminin əsərlərinə illüstrasiyalar, “Bibliya” motivləri və Qarabağ ornamentləri daxildir.

AZƏRTAC xəbər verir ki, sərginin açılışında Bakıdakı Rus evi rəhbərinin müavini Dmitri Yeqorov ziyarətçiləri salamlayıb.

Çıxış edənlər arasında rəssamın müəllimləri, həmkarları, dostları və tələbələri olublar.

Eldar Hacıyev Azərbaycan Rəssamlar İttifaqının və Xalçaçılar Cəmiyyəti İdarə Heyətinin üzvüdür. O, Avropa Universitetinin və Avropa Təbiət Elmləri Akademiyasının ordeni və Fəxri professoru adına layiq görülüb. Rəssamın əsərləri muzeylərdə və şəxsi kolleksiyalarda yer alıb. O, respublika və beynəlxalq festivalların, müsabiqələrin iştirakçısı və laureatıdır.

Sərgi oktyabrın 9-dək davam edəcək. Giriş sərbəstdir.

Baxış sayı: 57